00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Tarix: 29-01-2021 16:00 | Bölmə: Siyasət
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Reyting.az
XİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




Bölməyə aid digər xəbərlər