00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Almaniya Türkiyəyə sualtı hərbi qayıqlar göndərməkdə israrlıdır
Tarix: 29-01-2021 17:07 | Bölmə: Siyasət
Almaniya Türkiyəyə sualtı hərbi qayıqlar göndərməkdə israrlıdır

Rəsmi Berlin Afinanın Türkiyəyə 6 ədəd sualtı hərbi qayığın satışının dayandırılması ilə bağlı tələbini rədd edib.

Reyting.az
xəbər verir ki, Yunanıstan Müdafiə naziri Nikols Panagiotopoulos Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauerlə telefon danışığında Berlinin Türkiyəyə satacağı altı qayığın məsələsini müzakirə edib.

Yunanıstan tərəfi Almaniyanın Türkiyə üçün istehsal edəcəyi 6 ədəd sualtı qayığın istehsalının dayandırılmasını istəyib. Səbəb kimi Türkiyənin bu hərbi qayıqlarla Egey dənizi və Şərqi Aralıq dənizlərində “ekspansionist” siyasəti üçün istifadə ediləcəyi göstərilib.

Almaniya Müdafiə naziri isə bunun 2020-ci ildə imzalanan müqavilələrə bağlı olduğu üçün altı ədəd 214 tip sualtı qayığın Türkiyə üçün istehsal və satış proqramını dayandıra və hətta təxirə sala bilməyəcəyini diqqətə çatdırıb.

Merkel hökumətinin sualtı qayıqların Türkiyəyə çatdırılmasının tarixini belə təxirə salmaqdan imtina etməsi əslində Berlinin Afina və Ankaraya münasibətini göstərir.

Yeri gəlmişkən, Yunanıstan Müdafiə naziri Nikols Panagiotopoulosla Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauerlə telefon danışığı gələn həftə Almaniya və Türkiyə müdafiə nazirlərinin keçirəcəkləri danışıqlar ərəfəsində baş tutub.




Bölməyə aid digər xəbərlər