00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Anar Məmmədova görə Ermənistan hökumətini ittiham edirlər
Tarix: 30-01-2021 16:56 | Bölmə: Siyasət
Anar Məmmədova görə Ermənistan hökumətini ittiham edirlər

Bu yaxınlarda Azərbaycanın Ermənistana 5 hərbi əsiri qaytarması qarşılığında erməni tərəfi “Vardaşen” cəzaçəkmə müəssisəsində cəza çəkən Anar Məmmədovu Bakıya verməli olub.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mediası “Dejavu Teleqram” kanalına istinadla məlumat yayıb.

Məlumata görə, Anar Məmmədov 2020-ci il, martın 14-dən Vardaşen həbsxanasında cəza çəkirmiş. Ona qarşı Ermənistan hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 329 maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürüb.

Fatalex.am saytı isə yazır ki, Məmmədovun işi üzrə Apellyasiya Məhkəməsinin hökmü qüvvəyə minib. Yəni onun barəsində həbs qərarı dəyişməz olaraq qalır.

Ermənistan hökumətinin üzərinə gedən erməni mediası A. Məmmədovun hansı əsasla, hansı qanunvericilik aktı ilə sərbəst buraxılmasına və Azərbaycana göndərilməsinə aydınlıq gətirməsini tələb edir.

Həmçinin erməni hökumətinə Məmmədovun ekstradisiya faktının niyə gizli saxlanıldığının səbəblərinə dair suallar verilir.

Reallıq isə budur ki, Azərbaycan Anar Məmmədovu Ermənistanın əlindən ala bilib. İndilikdə bu informasiya erməni daxili siyasi mübarizəsində istifadə olunan element kimi maraq doğura bilər.




Bölməyə aid digər xəbərlər