00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
ALP-dən hökumətə çağırış: “Tarif Şurasının qərarını ləğv edin!”
Tarix: 01-02-2021 08:18 | Bölmə: Siyasət
ALP-dən hökumətə çağırış: “Tarif Şurasının qərarını ləğv edin!”

Əhaliyə verilən suyun qiymətinin artırılmasının heç bir iqtisadi əsası yoxdur. Tarif Şurasının bununla bağlı dünən verdiyi qərar insanlar arasında böyük narazılığa səbəb olub.

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Liberal Partiyasının (ALP) dünən ölkəmizdə suyun qiymətinin qaldırılması ilə bağlı məsələyə münasibətində yer alıb.

ALP hesab edir ki, bundan əvvəl benzinin, dizel yanacağının qiymətinin artırılması digər məhsulların da bahalaşmasına səbəb olub.

Partiya bəyan edir ki, insanlar səfalət içində yaşayır. Belə olan halda əsassız qərarların verilməsi əhali tərəfindən böyük narazılıqla qarşılanır və ölkəni xaosa sürükləyir.

“Digər tərəfdən, məmurların milyonlarla oğurluğu göz qabağındadır. Onların acgözlüyü, tamahı bütün əndazələri aşıb. Açıq-aşkar cinayət var, amma cəza yoxdur”,- partiyanın bəyanatında bildirilir.

ALP Azərbaycan hökumətini suyun qiymətinin qaldırılması ilə bağlı qərarı təcili ləğv etməyə çağırır.




Bölməyə aid digər xəbərlər