00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Azərbaycan hökumətinin istefası tələb olunur - Bəyanat
Tarix: 01-02-2021 23:51 | Bölmə: Siyasət
Azərbaycan hökumətinin istefası tələb olunur

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Tarif Şurasının fevralın 1-dən su təchizatı və kanalizasiya xidmətləri tariflərini ikiqat artırması qərarını pisləyib.

Partiyanın bəyanatında deyilir ki, Tarif Şurasının milyonlarla isterhlakçının rəyini nəzərə almadan belə qərar verməsi hər hansı bir məntiqə sığmamaqla yanaşı, onsuz da pandemiya və işsizlik səbəbi ilə ağır sosial-iqtisadi durumla üzləşmiş insanımızın vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır: “Yüz minlərlə insanın işsiz qaldığı, əhalinin gəlirlərinin azaldığı bir dövrdə verilən məntiqsiz və heç bir çərçivəyə sığmayan bu tip qərarlar birmənalı olaraq xalqa sayğısız yanaşmanın və etinasız münasibətin təzahürü kimi qiymətləndirilir”.

AMİP-in bəyanatında qeyd olunur ki, qiymətlərin artırılmasının su infrastrukturunun yaxşılaşdırılması, əməkdaşların əməkhaqqının artırılması, habelə su sərfiyyatına qənaətlə əsaslandırılması vətəndaşların aldadılmasından başqa bir şey deyil.

AMİP Tarif Şurasının qərarını işsizlikdən, yoxsulluqdan, ehtiyacdan əziyyət çəkən xalqımıza qarşı təhqir kimi qiymətləndirir və hökumətin dərhal istefa verməsini tələb edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər