00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Qərb ölkələri Rusiyaya çağırış etdi: “Navalnını azad edin!”
Tarix: 03-02-2021 00:15 | Bölmə: Siyasət
Qərb ölkələri Rusiyaya çağırış etdi: “Navalnını azad edin!”

ABŞ müxalifətçi Aleksey Navalnıya həbs cəzası verilməsindən ciddi narahatdır və Rusiya hökumətini onu azad etməyə çağırır.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Onun sözlərinə görə, Navalnı da istənilən Rusiya vətəndaşı kimi Konstitusiya ilə təmin edilmiş hüquqlara malikdir:

“Rusiya da öz növbəsində qanun qarşısında bərabərliyə və özünü ifadə etmək və dinc toplaşmaq hüququna hörmət etməklə bağlı beynəlxalq öhdəliklərə sahibdir. Biz bir daha Rusiya hökumətini Navalnını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.

Blinken deyib ki, Navalnı ilə bağlı keçirilən məhkəmə prosesində onun hüquqları pozulub və məhkəmə siyasi plüralizmi boğub.

ABŞ-ın ardınca Böyük Britaniya da A. Navalnının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Fransa prezidenti Emmanuel Makron və Almaniya Xarici İşlər Nazirliyi də Navalnının azadlığa buraxılmasını tələb edir.

Qeyd edək ki, Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında A. Navalnını 3,5 il müddətinə azadlıqdan məhrum edib.




Bölməyə aid digər xəbərlər