00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Kremlin qapısından qaytarılan spiker: “Rusiya ilə strateji əlaqələr mühümdür”
Tarix: 07-02-2021 20:19 | Bölmə: Siyasət
Kremlin qapısından qaytarılan spiker: “Rusiya ilə strateji əlaqələr mühümdür”

"İnqilabın Ali Rəhbəri həmişə Rusiya ilə strateji əlaqələri vurğulayıb".

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Qalibaf Rusiya səfəri ilə bağlı açıqlamasında onun Rusiya Duması sədrinin dəvəti ilə baş tutduğunu qeyd edib.

Onun sözlərinə görə, Moskva ilə iqtisadi, siyasi, müdafiə, təhlükəsizlik, texnologiya, elmi və akademik mövzularda əməkdaşlıq mövcuddur və iki ölkənin parlamentləri arasında əlaqələr, xüsusən də, spikerlik və birgə qruplar səviyyəsində dərinləşir.

Məhəmməd Baqir Qalibaf əlavə edib: "İki ölkə arasında regional və qlobal məsələlərdə bir çox ümumi cəhətlər var”.

Xatırladaq ki, İran parlamentinin sədri Məhəmməd Qalibafın səfər çərçivəsində Rusiya prezidenti ilə görüşü baş tutmayıb.

Qalibaf dövlət başçısı Vladimir Putinlə görüş üçün tələb olunan zəruri tibbi protokolları qəbul etməkdən imtina edib.

Bu barədə İran Məclisinin deputatı, spikeri səfərdə müşayiət edən Müctəba Təvangər şəxsi “Twitter” səhifəsində məlumat verib.

O yazıb: “Doktor Qalibafın Vladimir Putinlə görüşünün yekunlaşması barədə öncəki məlumatım doğru xəbər deyil. Əlbəttə, Rusiya prezidenti ilə görüş gündəmdə idi və bu, əvvəlcədən planlaşdırılmışdı. Amma Rusiyada Putinlə görüş üçün xüsusi tibbi protokollar var və doktor Qalibaf həmin protokollara əməl etməkdən boyun qaçırıb. Buna görə də, vacib mesaj səfər zamanı Putinin təyin etdiyi nümayəndə ilə bir görüşdə müzakirə ediləcək”.

Xatırladaq ki, Rusiya prezidenti ilə görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da müvafiq ölkələrə gəlmiş rusiyalı həkim briqadasının testindən keçmişdi.

Üstəlik, İran mənbələri, o cümlədən İran parlamentinin iqtisadiyyat komissiyasının üzvü Müctəba Təvangar üçgünlük səfərin fevralın 7-də başlayacağını bildirmişdi.

İran parlamentinin sədri Məhəmməd Qalibaf səfər zamanı Rusiya prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşləri planlaşdırılmışdı.

Putinlə görüşündə İran parlamentinin sədri rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci ilin Nüvə Razılaşması ilə bağlı Tehranın mövqeyi, Tehranın Moskva ilə iqtisadi əlaqələri, neft satışları və s. müzakirə edəcək.

Məhəmməd Qalibaf, həmçinin, Rusiya prezidentinə Ayətullah Xamnəinin xüsusi mesajını da təqdim etməli idi.




Bölməyə aid digər xəbərlər