00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
General: “İranı Qafqazda məhdudlaşdırmağa çalışırlar”
Tarix: 08-02-2021 18:01 | Bölmə: Siyasət
General: “İranı Qafqazda məhdudlaşdırmağa çalışırlar”

"Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi bölgədə baş vermiş mühüm hadisədir".

Reyting.az
“IRIB”-ə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Müdafiə Universitetinin rəhbəri general Əhməd Vəhidi bildirib.

O, Qafqaz bölgəsindəki son proseslərə toxunaraq əlavə edib: "Bu gün nüfuz mübarizəsi bütün dünyada, xüsusən də bölgəmizdə gedir. Məsələn, Rusiya Orta Asiyada uzun müddətdir mövcud olan bir ölkədir. İndi Türkiyə bu bölgədə möhkəmlənməyə səy göstərir və İsrail Orta Asiyada özünə yer tapmağa çalışır. Əlbəttə, ABŞ da bölgədə yeni bir geosiyasi mövqe axtarır”.

General Vəhidi İranın bölgədəki rolunu “təsirli” adlandırıb. "Qafqazda Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi bölgədə baş verən mühüm bir inkişafdır. Əlbəttə, bəzi ölkələr Azərbaycan xalqının bu təbii hüququndan sui-istifadə etməyə, bu dalğada Azərbaycan Respublikasına hakim olmağa çalışırlar”.

Generalın sözlərinə görə, bölgədəki enerji geosiyasəti İranı məhdudlaşdırmaq üçün dizayn edilib. “Xəzər dənizində də İranın minimal rejimə sahib olması üçün şərait yaratmağa çalışırlar”.




Bölməyə aid digər xəbərlər