00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Erməni politoloq: “Ya 400-500 azərbaycanlını əsir götürməliyik, ya da...”
Tarix: 10-02-2021 19:59 | Bölmə: Siyasət
Erməni politoloq: “Ya 400-500 azərbaycanlını əsir götürməliyik, ya da...”

“Hər hansı bir güzəştə görə, Bakı İrəvandan qiymət tələb edəcək. Bu, əsirlərin geri qaytarılması məsələsinə də aiddir”.

Reyting.az
xəbər verir ki, belə bir sərsəm açıqlamanı erməni politoloq Tevan Poqosyan verib.

Onun sözlərinə görə, son hərbi əsir mübadiləsi zamanı Bakı göstərib ki, beş erməni əsiri bir Azərbaycan əsirinə bərabərdir: “Ola bilsin ki, bu, başqa bir şey olduğu üçün baş verib”.

Poqosyan əlavə edib ki, bir neçə gün əvvəl Ermənistanın Sünik bölgəsindəki vəziyyətlə bağlı erməni cəmiyyətində müzakirələr aparılıb: “Baxmayaraq ki, bu barədə deyilənlər həqiqət deyildi. Bu məsələlərin bir-birilə əlaqəli olması vacib deyil, amma hər halda Bakı bir qiymət tələb edəcək. Bunu dayandırmaq üçün ya 400-500 azərbaycanlını əsir götürməliyik, ya da Azərbaycanın güzəştə getməsi üçün beynəlxalq sanksiyalara nail olmalıyıq. Bu gün güzəştlərimiz barədə bizə məlumat verilməyə bilər”.

Erməni politoloq deyib ki, Ermənistan hakimiyyəti danışıqlar və müharibə zamanı siyasətinin nəyə gətirib çıxardığını və varislərinə hansı miras buraxdığının fərqinə varmadığı üçün etdikləri hərəkətlərlə xalqın inamını itirib: “Bu mövzuların açıq şəkildə danışmağın zərərli olduğunu bildirən rəsmilərin özləri də əsirlərlə bağlı məsələdə manipulyasiya edirlər. Manipulyasiya etmək istəmirsinizsə, bu məlumatları açıq şəkildə çatdıra bilərsiniz”.




Bölməyə aid digər xəbərlər