00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Rəsmi Bakı: "Ermənistan XİN 10 noyabr tarixli üçtərəfli bəyanatı şərh etməkdənsə..."
Tarix: 16-02-2021 13:59 | Bölmə: Siyasət
Rəsmi Bakı: "Ermənistan XİN 10 noyabr tarixli üçtərəfli bəyanatı şərh etməkdənsə..."

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

Reyting.az-
ın məlumatına görə, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistan Xarici İşlər Nazirliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı: "Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır".




Bölməyə aid digər xəbərlər