19:42 / 14-07-2025
Sabah Abşeronda xqızmar diskomfort hava olacaq
18:24 / 14-07-2025
Araz çayında batan uşağın meyiti tapılıb
18:19 / 14-07-2025
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
18:07 / 14-07-2025
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı qanun dəyişib
17:56 / 14-07-2025
Azərbaycanda 4000-dən çox qanunsuz miqrant saxlanılıb
17:53 / 14-07-2025
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
17:33 / 14-07-2025
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
17:08 / 14-07-2025
Telman Adıgözəlovun oğlu: "Bəlkə atama düz diaqnoz qoyulsaydı..." - Müsahibə
17:01 / 14-07-2025
Hərbi Prokurorluqda yeni təyinatlar olub
16:42 / 14-07-2025
Prezident “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib
16:21 / 14-07-2025
Prezident iki yeni milli park yaradıb - Sərəncam
16:04 / 14-07-2025
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
15:55 / 14-07-2025
Qalada iki min il əvvəlin ayaqqabılarını tapıblar - Foto
14:59 / 14-07-2025
Oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb - Yenilənib
14:48 / 14-07-2025
AK sədri: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi..."
14:30 / 14-07-2025
Qarabağa iki köç karvanı gedib - (Yenilənib)
14:26 / 14-07-2025
Universitetdə biabırçılıq: tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub - Foto
14:18 / 14-07-2025
Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm..."
14:15 / 14-07-2025
Şimali Koreya ordusu ciddi irəliləyiş əldə edib
14:11 / 14-07-2025
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
14:08 / 14-07-2025
Müəllimlərin attestasiyası ilə bağlı daha bir rəsmi - Açıqlama
13:51 / 14-07-2025
31 yaşlı şəxsi Ağdərədə elektrik cərəyan vurub öldürüb
13:39 / 14-07-2025
Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir
13:27 / 14-07-2025
Baş nazirə qarşı məhkəmə başlayıb
13:03 / 14-07-2025
Bakıda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb
12:58 / 14-07-2025
Ruslar yeni qətllər törədib, yaralılar var - Foto
12:47 / 14-07-2025
Suriya-Azərbaycan münasibətləri daha da inkişaf edəcək - Professor
12:46 / 14-07-2025
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:42 / 14-07-2025
DİM: "Yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyətinin..."
14:53 / 10-07-2025

00:11 / 11-07-2025

13:38 / 11-07-2025

16:28 / 10-07-2025

13:42 / 10-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

14:26 / 14-07-2025

15:19 / 12-07-2025

11:31 / 10-07-2025

Qaradağlı faciəsindən 29 il ötür...
Tarix: 17-02-2021 00:00 | Bölmə: Siyasət

Bu gün Qaradağlı faciəsinin ildönümüdür.
Reyting.az xatırladır ki, faciədən 29 il ötür.
Xatırladaq ki, Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 29 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:19
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 10:24
Deputat: "Bu, yalnız mənim şəxsimlə bağlı deyil"
Bu gün, 07:55
Makron: Rusiya bizim üçün əbədi təhlükədir
Bu gün, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
Dünən, 16:36
Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər
11-07-2025, 21:16
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
11-07-2025, 16:32
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
11-07-2025, 12:55
Putin uzunmüddətli müharibəyə hazırlaşır
11-07-2025, 08:16
Ryabkov: BRİCS anti-Amerika birliyi deyil
10-07-2025, 23:33
Temmi Bryus: "ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir"
10-07-2025, 12:36
Rusiya ordusuna yeni bombardmançılar veriblər
10-07-2025, 11:38
Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil
10-07-2025, 08:35
NATO ilə Rusiya arasında münaqişə riski artır
9-07-2025, 13:20
XİN: "İranın Ermənistandakı səfirinin iddiaları qəbuledilməzdir"
9-07-2025, 13:01
Mərkəz rəhbəri barədə daha bir qərar qəbul edilib
9-07-2025, 12:31
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib
9-07-2025, 11:23
ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik edib
9-07-2025, 09:45
Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
9-07-2025, 08:33
Tramp: Putindən çoxlu cəfəngiyyat eşidirəm
9-07-2025, 08:27
Lavrov: Fransa və Almaniya liderləri ağıllarını itirib
8-07-2025, 22:41
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışıb
8-07-2025, 17:38
Fazil Mustafaya sui-qəsd işi: təqsirləndirilən şəxslərlə bağlı növbəti qərar verilib
8-07-2025, 14:22
Ermənistanda siyasi gərginlik səngimir
8-07-2025, 13:25
Zahid Oruc: İndi İrəvanın taleyi Bakıda həll olunur
8-07-2025, 12:53
DTX daha bir əməliyyat keçirib
8-07-2025, 09:10
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
8-07-2025, 08:55
Polşada Avropanın ən güclü ordusu yarana bilər
7-07-2025, 17:03
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
7-07-2025, 17:03
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
7-07-2025, 16:37
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
7-07-2025, 12:55
Paşinyan kilsə rəhbərini çevrilişə dəstək verməkdə ittiham edir
7-07-2025, 10:43
İmaməddin Əlimanovun işi üzrə proses başlayıb
7-07-2025, 08:20
Tramp Putinlə danışıqdan məyus olub
6-07-2025, 09:47
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə mane olan səbəblər açıqlanıb - Foto
4-07-2025, 18:25
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
4-07-2025, 16:31
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
4-07-2025, 16:17
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
4-07-2025, 13:52
Rusiya kimyəvi silahdan istifadəni artırır