18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir
Tarix: 17-02-2021 09:36 | Bölmə: Siyasət

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında bəzi iddialara səbəb olub. Belə ki, sabiq spikerin izləyiciləri onun Azərbaycana qayıtmaq istəyində olduğunu, münasib üsul və yol axtardığını düşünürlər.
Yaşı 70-i haqlamış siyasətçinin siyasi iddialarından əl çəkdiyi halda, sabiq prezident Ayaz Mütəllibov kimi ölkəyə qayıtması mümkün hesab edilir.
Onun korrupsiya ilə bağlı son açıqlamaları da diqqət çəkir. R. Quliyev Sovet İttifaqının dağılmasının son illərində, yəni 1987-1991-ci illərdə Azərbaycanda ən çox maaş alan şəxs olduğunu yazır: “Ölkədə orta aylıq əmək haqqı 200, işlədiyim zavodda 600 rubl olanda, təxminən 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çoxsaylı ixtiralara görə. Azərbaycan müstəqillik əldə edəndən sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı. Bu tip məmurlara o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım”.
R. Quliyevin qayıtması nə qədər realdır? Siyasi iddialarından əl çəkibmi? Korrupsioner olmadığını deməsi nəyə hesablanıb? O, vaxtilə ADP-yə sədrlik edib. İndi ADP-nin sədri olan Sərdar Cəlaloğlu nə deyir bu qayıdışa və R. Quliyevin korrupsioner olmaması mesajına?
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, daha ağır cinayətlərdə ittiham olunan keçmiş prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına, hətta eks-prezident statusu verilərək imtiyazlarla təmin olunmasına şərait yaradılıbsa, Rəsul Quliyevin də ömrünün bundan sonrakı hissəsini vətəndə yaşamasına imkan tanına bilər. Ayaz Mütəllibovla müqayisə eləyəndə Rəsul Quliyevə qarşı daha yüngül ittihamlar irəli sürülmüşdü: “Mütəllibovun qayıdışına şərait yaradıldısa, niyə də Rəsul Quliyevin ölkəyə gəlişinə imkan yaradılmasın?
İkincisi, Rəsul Quliyev hakimiyyət iddialarını kənara qoyacağı təqdirdə Azərbaycana buraxılacaq. Onu Azərbaycana ona görə buraxmırdılar ki, iqtidarın həm real alternativi idi, müəyyən mənada da xalqın bir hissəsi ona dəstək verirdi. İndi zaman keçib, həmin o dəstək də yoxdur, real alternativ imkanlarını da itirib.
Həmçinin mən bilən Rəsul Quliyev əvvəlki kimi hakimiyyət iddiasında da deyil. Hətta ötən il Qarabağ müharibəsində açıq-aşkar Prezident İlham Əliyevi dəstəklədi. Həm də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini çox düzgün siyasi gediş adlandırdı. Yəni son bir neçə ildə verdiyi bəyanatlar Rəsul Quliyevin hakimiyyətə münasibətinin necə dəyişdiyini göstərir. O, əgər həqiqətən də Vətəndə yaşamaq istəyirsə, hər halda, gəlib yaşayacaq.
Üçüncüsü, Rəsul Quliyevə qarşı açılmış cinayət işinin əslində qüvvədə olma müddəti də keçib. Qanuna görə, istintaqın müddəti var, həmin müddət keçdikdən sonra həmin cinayət işi ilə bağlı istintaq aparılmır. Bu baxımdan Rəsul Quliyevin Azərbaycana qayıtmasında problem qalmayıb. Məncə, artıq Rəsul Quliyevin ölkəyə gəlməsi İlham Əliyevin qərarından asılıdır. Prezident etiraz etməyəcəyi halda, onun Vətənə qayıtmasına hüquqi maneə yoxdur”.
R. Quliyevin korrupsioner olub-olmaması məsələsinə gəldikdə, ADP sədri deyib ki, sovet hökuməti başqa cür rejim idi, müstəqil Azərbaycanda isə fərqli sistemdir: “Sovet hökumətində iqtisadi cinayətkarlığın xarakteri başqa idi, indiki dövrdə isə fərqlidir. Azərbaycanın müstəqilliyinin ilk illərində böyük neft gəlirləri olmadığı dövrdə korrupsiya üçün elə də böyük imkanlar yox idi. Neft gəlirləri artdıqca ölkədə korrupsiya artdı, korrupsionerlərin sayı çoxaldı. O baxımdan da Rəsul Quliyevin vəzifədə olduğu dövrdə dövlət vəsaitlərindən şəxsi məqsədlə qeyri-qanuni bəhrələnməklə indiki dövrlərdəki bəhrələnmək arasında çox böyük fərq var. Rəsul Quliyev hətta müəyyən həddə korrupsiyaya yol veribsə belə, dediyim kimi artıq qanuna görə, açılmış cinayət işi təqibinin vaxtı bitib”.
S. Cəlaloğlu R. Quliyevlə heç bir əlaqəsinin qalmadığını da bildirib: “Rəsul Quliyevlə yollarımız onun ADP-dəki bir sıra təxribatçı adamların sözlərinə uymasından sonra ayrıldı. Hələ ADP-yə sədrliyinin son 6 ayında o, mənimlə əlaqələri kəsmişdi, mənə qarşı yanlış fikirlərə düşmüşdü. Onu mənə qarşı yanlış fikirlərə inandırmışdılar. Aydın Quliyev və digər bir neçə şəxs ona demişdilər ki, guya Sərdar Cəlaloğlu sədr olmaq, hətta partiyanın prezidentliyə namizədi olmaq istəyir. Rəsul Quliyev də bu cür dezinformasiyalara inanırdı. Onun belə bir zəif xüsusiyyəti var ki, kim birinci ona söz desə, həmin sözə inanır. Qətiyyən ona deyilən fikri, məlumatı araşdırmaq, əks tərəfin fikrini dinləmək keyfiyyəti yox idi. Mənim başım qarışmışdı partiyanın işlərinə, onun hakimiyyətə gəlməsinə çalışmağa, əleyhdarlarım da gecə-gündüz ona haqqımda yalan məlumatlar verirdilər, o da özünə əziyyət verib yoxlamırdı, araşdırmırdı. Həmin təxribatçıların sözlərinə uyub mənimlə münasibətləri dayandırdı, sonra da partiya bölündü və Rəsul Quliyev kiçik bir bölüklə birlikdə partiyadan getdi. Onu aldadıb məndən uzaqlaşdıran adamların heç biri sonradan onun yanında olmadılar, yaratdığı partiyaya daxil olmadılar. Həmin adamların bir çoxu hakimiyyətdəki müəyyən adamların qurduğu proyektdə iştirak edirdilər. Həmin proyektin məqsədi ADP-ni zəiflətmək, Rəsul Quliyevi güclü partiyası olmayan, zəifləmiş adi bir siyasətçiyə çevirmək idi. Buna da nail oldular. Bu oyuna qoşulan şəxslərin bəzilərinə sonradan yüksək şərait yaradıldı. 2007-ci ildə Rəsul Quliyevin məlum xarakterindən özünə qarşı istifadə etdilər və Rəsul Quliyev öz əli ilə perspektivli siyasi lider şanslarını məhv etmiş oldu. İndi qətiyyən Rəsul Quliyevin harada nə dediyini, nə yazdığını izləmirəm. Onun barəsində, ümumiyyətlə, maraqlanmıram. Biz Rəsul Quliyevə görə 10 il dəhşətli məhrumiyyətlərə düçar olduq. Rəsul Quliyevin isə bəzi qohumları məhz həmin dövrlərdə bizim apardığımız mübarizədən istifadə edib, külli miqdarda xeyir götürmüşlər. Onun özü də bundan iqtisadi cəhətdən bəhrələnib”.(Musavat.com)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər