00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
İlin sonunadək Rəqabət Məcəlləsi qəbul oluna bilər
Tarix: 17-02-2021 12:05 | Bölmə: Siyasət
İlin sonunadək Rəqabət Məcəlləsi qəbul oluna bilər

Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu üçün məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər tamamlanıb.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub.

M. Abbasbəyli bu ilin sonunadək Rəqabət Məcəlləsinin qəbul olunacağına ümid edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər