Eldar Mahmudova yaxınlığı ilə tanınan iki general həbs edilib - Yenilənib
Tarix: 05-04-2021 19:28 | Bölmə: Siyasət
Eldar Mahmudova yaxınlığı ilə tanınan iki general həbs edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlan Şıxəliyev həbs ediliblər.

Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, Mövlan Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov Baş Prokurorluğun İstintaq İdarəsində dindiriliblər. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}