QAT və İTC-nin əməkdaşlığı müzakirə olunub
Tarix: 04-05-2021 13:56 | Bölmə: Siyasət
QAT və İTC-nin əməkdaşlığı müzakirə olunub

Qarabağ Azadlıq Təşkilatının (QAT) Mərkəzi ofisində İrəvan Türk Cümhuriyyətinin (İTC) rəhbərləri Qafar Çaxmaqlı və QAT sədri Akif Nağı arasında görüş olub.

Bu barədə Reyting.az-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə həmçinin İrəvan Komitəsinin sədri Tofiq Həsənov, QAT Ağsaqqallar Şurasının üzvü, Şəhid atası, Qarabağ qazisi Əkbər Rüstəmov, QAT Ali Məclisinin sədri Barat Abbasoğlu və digər şəxslər də iştirak ediblər.

İTC rəhbəri Q. Çaxmaqlı Türkiyə, Azərbaycan və digər ölkələrdə aparılan işlər, məqsəd və məramları, yaxın dövr üçün planları ilə bağlı ətraflı danışıb. A. Nağı İTC-nin fəaliyyətinə tam dəstək verdiklərini, həm QAT, həm də Beynəlxalq Qarabağ Forumu olaraq birgə fəaliyyətə, əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə qurumların əməkdaşlığına dair ətraflı müzakirələr aparılıb, vacib əməkdaşlıq istiqamətləri müəyyən edilib, əməkdaşlığa, birgə fəaliyyətə dair ilkin razılaşmalar əldə olunub.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}