İsveçin Azərbaycandakı səfirliyi: "Jurnalistlərin faciəvi ölümündən kədərlənirik"
Tarix: 05-06-2021 14:06 | Bölmə: Siyasət
İsveçin Azərbaycandakı səfirliyi: "Jurnalistlərin faciəvi ölümündən kədərlənirik"

İsveçin Azərbaycandakı səfirliyi media nümayəndələrinin iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı açıqlama yayıb.

Açıqlama səfirliyin rəsmi "Facebook" səhifəsində yerləşdirilib.

"İsveçin Bakıdakı səfirliyi mina partlaması nəticəsində jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun, eləcə də hökumət rəsmisinin faciəvi şəkildə həyatlarını itirməsi xəbərindən kədərlənir", - deyə səfirlik qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib