Gürcüstan səfirliyi Rusiyada öldürülən soydaşımızla bağlı məlumat yayıb
Tarix: 05-06-2021 18:20 | Bölmə: Siyasət
Gürcüstan səfirliyi Rusiyada öldürülən soydaşımızla bağlı məlumat yayıb

"Azərbaycan KİV-lərində mayın 28-də Rusiya Federasiyasının Novosibirsk vilayətində milliyyətçə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin polis tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan xəbərlərlə bağlı bildiririk ki, o, Gürcüstan vətəndaşı deyil".

Bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən bildirilib.

“O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhətdən, nə də beynəlxalq hüquq normaları əsasında qeyd olunan işə hüquqi mexanizmlərlə müdaxilə etmək üçün hər hansı təsir imkanı var. Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”, - səfirlikdən əlavə edilib/Report.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib