Çavuşoğlu: "Türkiyə və Fransa Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyə bilər”
Tarix: 07-06-2021 11:43 | Bölmə: Siyasət
Çavuşoğlu: "Türkiyə və Fransa Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyə bilər”

“Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetində dərc olunan məqaləsində bildirib.

“Tarixin siyasi məqsədlər üçün istifadəsi, təhrif edilməsi heç vaxt münaqişənin həllinə, ədalətin bərpasına yardım etməyib. Əgər ekstremist ermənilərin əsassız tələblərinə görə Türkiyə-Fransa əlaqələrinin girov götürülməsinə mane olunarsa, Türkiyə və Fransa ortaq səyləri ilə Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər”, - o, vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib