Sabiq nazir: “Paşinyanın yenidən seçilməsi yeni müharibə deməkdir”
Tarix: 07-06-2021 20:00 | Bölmə: Siyasət
Sabiq nazir: “Paşinyanın yenidən seçilməsi yeni müharibə deməkdir”

“Paşinyanın yenidən seçilməsi yeni bir müharibənin başlanğıcı və Ermənistanın sonu demək olacaq”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu keçmiş ədliyyə naziri Arpine Ovannisyan bildirib.

Jurnalistlərlə görüşündə o bəyan edib:

“Paşinyan Ermənistanın və xalqının təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu, anti-təbliğat deyil, antiteziya deyil, bir həqiqətdir. 7 ay əvvəl biabırçı təslimçilik və müvafiq sənədin imzalanmasından sonra əldə edilən biabırçı barışıq hələ də bitməyib. Bu bitməyəcək, çünki ölkənin hazırkı lideri zəif, qorxaq və Ermənistanın maraqlarını qoruya bilmir.

İkincisi, Nikol Paşinyan gələcək, iqtisadi və hüquqi inkişaf demək deyil. O tənəzzülün rəmzidir. Bu, Ermənistan Respublikasının sonu, müharibə və xaos deməkdir”.




Bölməyə aid digər xəbərlər