Deputat hökumətə səslənib: "Planın açıqlanmaması təxribatlara yol açır"
Tarix: 08-06-2021 11:53 | Bölmə: Siyasət
Deputat hökumətə səslənib: "Planın açıqlanmaması təxribatlara yol açır"

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını sual edib.

Reyting.az
xəbər verir ki, o, belə planın açıqlanmamasının təxribatlara, şayiələrə yol açdığını vurğulayıb: "Hökumət minalardan təmizlənmənin nə qədər çəkəcəyi barədə ictimaiyyətə açıqlama verməlidir. Uzun müddətdir, minalanmış ərazilərin xəritələrini tələb edirik. Amma biz erməni xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri ərazilərdən çıxsınlar, çıxmadılar. Bir 30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik? Hökumət görüləcək işləri, əhalinin işğaldan azad edilmiş ərazilərə hansı mərhələlərlə qaytarılacağını açıqlamalıdır”.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib