20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Lavrov: “Türkiyə və İranın bölgə maraqları nəzərə alınır”
Tarix: 09-06-2021 13:56 | Bölmə: Siyasət
Lavrov: “Türkiyə və İranın bölgə maraqları nəzərə alınır”

“Qarabağ müharibəsindən sonra Türkiyə və İranın maraqları nəzərə alınır”.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra kommunikasiya xətlərinin blokadadan çıxarılması müzakirə edilərkən, Türkiyə və İranın maraqları nəzərə alınır.

"Primakov oxunuşları" forumunda iştirak edən Sergey Lavrov deyib: “Qarabağ münaqişəsinə qatılan ölkələrin və qonşu dövlətlərin paytaxtlarından gələn açıqlamalar çox vaxt duyğuların təsirindən qaynaqlanır. Bu vəziyyətə cəlb olunan hər kəsi bölgədə yaşayanları sakitləşdirməyə və normal həyat qurmasına kömək etməyə çağırırıq".

Lavrov əlavə edib ki, sülhməramlıların və Fövqəladə Hallar Nazirliyinin səyləri ilə Rusiya bu işdə fəal iştirak edir.

Nazir, həmçinin, regional kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinin də bu işə cəlb olunduğunu qeyd edib. "Üçtərəfli işçi qrupunun effektivliyi, ilk növbədə, bu blokadadan çıxarmanın insanların həyatını yaxşılaşdırmağa nə dərəcədə kömək edəcəyi ilə müəyyənləşdiriləcək. Bu üçtərəfli müzakirələrdə həm Türkiyənin, həm də İranın maraqları birmənalı olaraq nəzərə alınır, əks halda, bütün bu blokadadan çıxarma maksimum təsir göstərməyəcək".

Sergey Lavrov Rusiya-Türkiyə monitorinq mərkəzinin Dağlıq Qarabağdakı atəşkəslə bağlı fəaliyyətinin çox faydalı və sabitləşdirici amil olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər