23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Möhsün Mehrəlizadə: “Azərbaycan İranın başı və ölkənin qürurudur”
Tarix: 14-06-2021 23:50 | Bölmə: Siyasət
Möhsün Mehrəlizadə: “Azərbaycan İranın başı və ölkənin qürurudur”

“İranın çiçəklənməsi və birliyi Səfəvilər və Azərbaycana görədir. Türklər İrana konstitusiyanı hədiyyə verdilər, Azərbaycan İranın başı və ölkənin qürurudur”.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bunu İranın 13-cü prezident seçkilərinin namizədi möhsün Mehrəlizadə bildirib. "Mənim hökumətim İran pasportuna sahib olan və dünyada iranlı olduğu ilə fəxr edən insanların islahat hökuməti olacaq”.

Möhsün Mehrəlizadənin sözlərinə görə, İran xalqı döyüşçü xalqdır, sülhsevərdir. Amma ölkənin hazırkı mərhələsi kritik bir dövrüdür.

Prezidentliyə namizəd bütün etnik qruplara eyni məsafədə duracağına söz verib.

O, bir sıra vədlər sırasında İranın Azərbaycan əyalətlərinin həmsərhəd Türkiyə və Azərbaycan Respublikası ilə ortaq sərhəd bazarlarının gücləndirilməsini də təklif edib. İqtidara gəldiyi təqdirdə namizədin planlarında ana dildə təhsil və tədris, türk əyalətləri elitalarının hökumətdə təmsil olunması və Türk Dili Akademiyasının qurulması və s. də var.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}