Baş katib: “ATƏT Cənubi Qafqazda fəal iştirak edəcək”
Tarix: 15-06-2021 15:13 | Bölmə: Siyasət
Baş katib: “ATƏT Cənubi Qafqazda fəal iştirak edəcək”

ATƏT-in Baş katibi Helqa Maria Şmid Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

ATƏT rəsmisi Azərbaycan və Ermənistan arasında etimadın bərpasında göstərdiyi dəstəyə görə Gürcüstana minnətdarlıq bildirib: “Bu, ATƏT də daxil olmaqla müxtəlif iştirakçıların uğurlu əməkdaşlığının nümunəsi oldu”.

H.M.Şmid görüşdə regional əməkdaşlığa dair müzakirələr aparıldığını deyib: “ATƏT bu prosesdə çox fəal iştirak edəcək”/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}