23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Prezidentin köməkçisi: “Qarabağ məsələsi sammitin ana mövzularından biridir”
Tarix: 15-06-2021 16:30 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: “Qarabağ məsələsi sammitin ana mövzularından biridir”

“Putin və Bayden Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirəcəklər”.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Bundan əlavə, strateji sabitlik, COVID-19-a qarşı mübarizə və kiber cinayətlərlə mübarizə məsələləri də nəzərdən keçiriləcəkdir.

Uşakov deyib: “Bunlar Rusiya-Amerika münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, strateji sabitliyin əsas məsələləri, informasiya təhlükəsizliyi məsələləri, kiber cinayətlərə qarşı mübarizə məsələləridir. İkitərəfli münasibətlərin konkret həll olunmamış məsələləri ayrıca müzakirə ediləcək, bundan sonra iqtisadi əməkdaşlıq, iqlim, Arktika və təbii ki, koronavirusa qarşı mübarizə mövzuları müzakirə olunacaq”.

Prezident köməkçisi qeyd edib ki, Dağlıq Qarabağa, daxili Ukrayna böhranına və Belarusdakı vəziyyətə xüsusi diqqət yetirmək planlaşdırılır.

Rusiya-ABŞ zirvəsi 16 iyun Cenevrədə keçiriləcək.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}