23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ərdoğan Şuşadan Ermənistana çağırış edib
Tarix: 15-06-2021 18:18 | Bölmə: Siyasət
Ərdoğan Şuşadan Ermənistana çağırış edib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib ki, atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb: “Azərbaycanlı qardaşlarımızın bu məsələdəki səmimiyyətlərinə yaxından şahidik. Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik”.

Reyting.az
-ın xəbərinə görə, Ərdoğan bildirib ki, Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir.

Türkiyə prezidenti vurğulayıb ki, “3+3” əməkdaşlıq platformasını irəli sürdük: “3+3” platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır. Bu məsələdə atılacaq addımlarla bölgədə sülh bərqərar olunacaq. Bu tarixi fürsətin gerçək olmayan həvəslər, çıxışlar və əməllərlə qaçırılmaması ən böyük diləyimizdir. Bölgədə yeni vəziyyətə fayda vermək istəyən hər kəs nifrət və təhrik siyasətindən vaz keçərək sülh və əməkdaşlığı təşviq etməsi şərtdir. Belə bir iqlim formalaşdıqda Ermənistanla əlaqələrin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə söyləyirik. Bu ümidverici prosesin Azərbaycanla Ermənistanın imzaladıqları atəşkəs bəyanatını əhatəli bir sülh anlaşması ilə taclandıracağı halda çox daha sağlıqlı davam edəcəyinə inanırıq”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}