23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan və Gürcüstanın XİN başçıları Türkiyədə görüşəcəklər
Tarix: 17-06-2021 23:57 | Bölmə: Siyasət
Azərbaycan və Gürcüstanın XİN başçıları Türkiyədə görüşəcəklər

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda iştirak etmək üçün iyunun 18-19-da Türkiyədə səfərdə olacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, forumun açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Mövlud Çavuşoğlu çıxış edəcəklər. Müxtəlif ölkələrdən olan liderlər, diplomatlar və elmi dairələrin nümayəndələri pandemiyanın yaratdığı çətinliklər, qlobal təhlükəsizlik mühiti və bu kontekstdə diplomatiyanın rolu barədə müzakirələr aparacaqlar.

D.Zalkaliani forum çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda paneldə iştirak edəcək.

Türkiyəyə səfəri çərçivəsində XİN başçısı Ukraynanın xarici işlər naziri də daxil olmaqla, həmkarları ilə ikitərəfli görüşəcək. O, habelə digər rəsmi şəxslərlə də görüşlər keçirəcək/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}