Səfir: “Azərbaycanda yaşayan iranlıların seçkidə fəal iştirakı gözlənilir”
Tarix: 18-06-2021 12:01 | Bölmə: Siyasət
Səfir: “Azərbaycanda yaşayan iranlıların seçkidə fəal iştirakı gözlənilir”

"Xalqın seçkilərdə yüksək iştirakı ölkəmizin şərəf və nüfuzu üçün çox vacibdir".

Reyting.az
IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında yaşayan iranlıların seçki məntəqələrində yüksək iştirakı gözlənilir. “İranlıların həm ölkə daxilində, həm də xaricində səsverməsi ölkəmizin taleyinin yaxşı olacağı ümidini doğurur və İranın xarici siyasəti üçün çox vacibdir”.

Xatırladaq ki, bu gün İranda 13-cü prezident seçkiləri keçirilir. Azərbaycanda yaşayan İran vətəndaşları Bakı və Naxçıvanda səs verə biləcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}