20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Siyasi partiyalara xaricdən olunan yardımlarla bağlı qətnamə qəbul edilib
Tarix: 24-06-2021 23:36 | Bölmə: Siyasət
Siyasi partiyalara xaricdən olunan yardımlarla bağlı qətnamə qəbul edilib

Avropa Şurası Parlament Assambleyası siyasi partiyalar və seçki kompaniyalarına xaricdən gələn ianələrin şəffaflığına və nizamlanmasına dair qətnamə qəbul edib.

Məlumata görə, AŞPA üzv ölkələrdə siyasi partiyaların hesabına xaricdən gələn maliyyələrin qanunsuz olması ilə bağlı son zamanlar daxil olan məlumatlardan narahlığını bildirir. AŞPA bu ianələrin dövlətlərin suverniyi, bütövlüyü və ölkənin siyasi və demokratik proseslərinə arzuolunmaz təsirləri ola biləcəyindən narahatdır.

Üzv dövlətlər xaricdən gələn bu ianələrin nizamlanması zamanı mövcud olan boşluqların aradan qaldırılması məqsədilə konkret tədbirlər görməyə çağırılır.

Qətnamədə Avropa Şurasına istər üzv olan, istərsə də üzv olamayan ölkələrin digər bir ölkənin siyasi partiyalarına ianələr göndərmək yolu ilə demokratik proseslərinə təsir etmək cəhdləri pislənilir və bunun baş verməsinin qarşısının alınması üçün üzv dövlətə konkret tövsiyələr ünvanlanır/Report.




Bölməyə aid digər xəbərlər