20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Mikayıl Cabbarov təqdimatda: "Fondun fəaliyyətinin daimi olmasını düşünürük"
Tarix: 30-06-2021 11:38 | Bölmə: Siyasət
Mikayıl Cabbarov təqdimatda: "Fondun fəaliyyətinin daimi olmasını düşünürük"

Bu gün Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” internet-resursunun təqdimat mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatları və ictimayyət nümayəndələri iştirak ediblər.

Tədbirdə “Qarabağda Urbisid” – dağıntıların və zərərin miqyası haqqında videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, biz müharibə və cəmiyyətin birləşməsi testlərindən uğurla çıxaraq 30 ildən çox davam edən müharibənin iştirakçısı və şahidi olduq.

Onun sözlərinə görə, Fondun əsas vəzifələrindən biri Qarabağda dağıdılmış irsin bərpasıdır: "Fondun fəaliyyətinin müvəqqəti yox, daimi olmasını düşünürük. Biz yalnız bərpa üçün deyil, həmçinin davamlı inkişaf üçün fəaliyyət göstərməliyik. "Yaşıl infrastruktur", "ağıllı kənd və şəhər"lərin yaradılması bura aiddir".

Nazir həmçinin deyib ki, təqdimatı keçirilən portal Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ərsəyə gətirilib: "Bu portalın müxtəlif dillərdə təqdimatı nəzərdə tutulub. Proses yalnız onlayn təqdimatlarla yekunlaşmayacaq. Epidemioloji vəziyyət imkan verdikcə müxtəlif yerlərdə təqdim olunacaq. Bərpa işləri davamlı olacaq. Bilirsiniz ki, bu gün bərpa işləri uğurla davam edir, o cümlədən doğma Şuşamızda".




Bölməyə aid digər xəbərlər