20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Deputat: “Tarif Şurasının qərarı əhalinin həssas qrupuna təsir etməyəcək”
Tarix: 01-07-2021 17:29 | Bölmə: Siyasət
Deputat: “Tarif Şurasının qərarı əhalinin həssas qrupuna təsir etməyəcək”

“Tarif Şurasının mavi yanacaqla bağlı qərarından məlumatlıyam. Bununla bağlı müvafiq açıqlama və əsaslandırma verilib. Mən iqtisadiyyatçı deyiləm. Ancaq bununla belə verilən açıqlamalardan və mütəxəssislərin dediklərin məlum olur ki, bu qərar əhalizimizin aztəminatlı təbəqəsinə ciddi təsir göstərməyəcək”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı Tarif Şurasının təbii qazın qiymətində dəyişiklik etməsindən danışarkən deyib.

Milli Məclis üzvünün sözlərinə görə, bu sahə üzrə ekspert və parlamentin İqtisadiyyat komitəsinin üzvü olmasa da, Tarif Şurasının mətbuata verdiyi açıqlamasına əsasən deyə bilər ki, qiymət dəyişikliyi sadə vətəndaşlara təsir etməyəcək: “Bunun daha çox böyük şirkətlərə, korporasiyalara, holdinqlərə aidiyyəti olacaq. Həmçinin daha çox qaz istehlak edən şəxslərə müəyyən qədər təsir edəcək. Bu məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu addım əhalinin həssas qrupuna təsir etməyəcək”.




Bölməyə aid digər xəbərlər