Sabiq nazirə hökm oxunub - Əhmədov general-leytenant rütbəsindən məhrum edilib
Tarix: 24-09-2021 10:17 | Bölmə: Siyasət
Sabiq nazirə hökm oxunub - Əhmədov general-leytenant rütbəsindən məhrum edilib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət general mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Ə. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Ə. Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, sabiq nazir Ə. Əhmədov həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.

Onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}