Putin Qərb ölkələrini hədələyir: "Cavabımız çox sürətli və sərt olacaq"
Tarix: 27-04-2022 20:31 | Bölmə: Siyasət
Putin Qərb ölkələrini hədələyir: "Cavabımız çox sürətli və sərt olacaq"

Rusiya lideri Putin Ukraynaya dəstək verən ölkələri hədələyib.

Reyting.a
z Rusiya mətbuatına istinadla xəbər verir ki, o, heç bir ölkənin Ukraynadakı aktiv savaşa açıq müdaxiləsinə imkan verməyəcəklərini bəyan edib: "Əgər Ukraynadakı vəziyyətə kimsə kənardan müdaxilə etsə, cavab ildırımsürətli olacaq. Rusiya bütün təhlükələri diqqətdə saxlayır. Əgər ölkəmizə qarşı təhlükə yaranarsa, rəqiblərimizin sahib olmadığı vasitələrlə cavabımız sərt veriləcək".

Putin daha sonra sanksiyalarla bağlı Qərbi hədəfə alıb: “Rusiya qeyri-qanuni Qərb sanksiyalarının zərbəsini bloklaya bildi, daxili iqtisadiyyat və onun sənayesi sağ qaldı. Biz Qərbin ölkəmizə qarşı qeyri-qanuni sanksiyalarının ilk sarsıdıcı zərbəsini dəf etdik, qarşısını aldıq. Bank sistemimiz, milli valyutamız, nəqliyyatımız, ticarətimiz, bütövlükdə iqtisadiyyatımız tab gətirdi və dağılmadı".

Putin daha sonra bildirib ki, Qərb Rusiya kimi böyük ölkəni özünə təhlükə sayır: "Bu, Qərb üçün təhlükədir. Amma təhlükə onların özləridir. Qərb bizi küncə sıxışdırmaq istəyirdi. Amma məqsədinə çatmadı. Ona görə də iqtisadiyyatda müharibəyə başladılar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}