ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb
Tarix: 28-04-2022 12:59 | Bölmə: Siyasət
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ səfirləri - Litzenberger, Deqnan və Treysi, dövlət katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər: "Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}