15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Füzuli şəhəri gözləniləndən daha tez məksunlaşmaya hazır olacaq
Tarix: 11-05-2022 12:30 | Bölmə: Siyasət
Füzuli şəhəri gözləniləndən daha tez məksunlaşmaya hazır olacaq

“Uzun müddət işğal altında qalan Füzulu şəhəri yenidən qurulur və bərpa olunur. Mayın 10-da Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər”.

Reyting.az
xəbər verir ki, bunu Füzuli rayonundan Milli Məclisə seçilmiş Vüqar Bayramov bildirib.

V. Bayramov əlavə edib ki, 50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha tez məksunlaşmaya hazır olacaq.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə ikinci ağıllı kənd də Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcək.

V. Bayramovun fikrincə, son təməlqoymalar bir daha təsdiq edir ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub: “Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Bu, beynəlxalq standartlara uyğun qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır”.

Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Milli Məclis üzvü bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir.

“Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz, uzun zamandır işğalda qalan Füzuliyə yenidən həyatın qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir”, - deyə V. Bayramov əlavə edib.




Bölməyə aid digər xəbərlər