Milli Məclisin son iki iclasının vaxtı məlum olub
Tarix: 23-05-2022 13:28 | Bölmə: Siyasət
Milli Məclisin son iki iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Məlumata görə, parlamentin sonuncu plenar toplantısı mayın 31-də keçiriləcək/Report.

Reyting.az xəbər evrir ki, bundan əvvəl isə mayın 27-də iclas olacaq.

Hər iki iclasın gündəliyi barədə əlavə məlumat veriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Daha sonra isə parlamentin növbədənkənar sessiyası keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}