Ceyhun Bayramov: "Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik"
Tarix: 26-05-2022 15:43 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik"

"Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik".

Bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

"Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub", - nazir vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}