Ukraynanın 4 vilayəti Rusiyanın tərkibinə daxil edilib - Foto
Tarix: 30-09-2022 17:31 | Bölmə: Siyasət
Ukraynanın 4 vilayəti Rusiyanın tərkibinə daxil edilib

Bu gün Kremldə yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair sazişlər imzalanıb.

Reyting.az
xəbər verir ki, Ukraynanın Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin başçıları və Vladimir Putin bu ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilələrə imza atıblar.

Rusiya KİV-ləri təntənəli mərasimin Böyük Kreml Sarayının Georgiyevsk zalında keçirildiyini bildirirlər.



Qeyd edək ki, Rusiya 23-27 sentyabr tarixlərində Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum” təşkil edib. “Referendum”ların nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti Rusiyaya birləşməyə səs veriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}