16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Ruslar Kiyevə raket zərbələri endirib, ölənlər və yaralılar var
Tarix: 23-11-2022 19:37 | Bölmə: Siyasət
Ruslar Kiyevə raket zərbələri endirib, ölənlər və yaralılar var

Rusiyanın hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib. Nəticədə ölənlər və yaralananların olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də yazıb.

Bildirilir ki, raket zərbələri zamanı 4 nəfərin ölüb, 21 nəfər yaralanıb.

Qeyd edək ki, günorta saatlarından etibarən Rusiya qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbələr endirib.

Ukraynanın qərbində yerləşən Lvov şəhərinin elektrik təchizatı hədəf alınıb. Lvovun meri Andrey Sadovıy bütün şəhərin elektriksiz qaldığını deyib və sakinləri sığınacaqlara getməyə çağırıb.

Kiyevin meri isə bildirib ki, şəhərin kritik infrastruktur və yaşayış binaları vurulub.

Kiyev və Lvovdan gələn yeni xəbərlərdən bir qədər əvvəl isə rəsmilər Ukraynanın cənubunun yenidən hücumlara məruz qaldığını bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}