11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
11:00 / 16-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Yenilənib
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
10:04 / 16-09-2025
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
09:49 / 16-09-2025
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
09:45 / 16-09-2025
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
09:40 / 16-09-2025
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
09:29 / 16-09-2025
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
09:20 / 16-09-2025
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
09:07 / 16-09-2025
Okeanlarda 14 min ton qızıl var
08:18 / 16-09-2025
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
08:12 / 16-09-2025
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
08:06 / 16-09-2025
Dini liderlər Astanada toplaşıb
08:02 / 16-09-2025
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
07:55 / 16-09-2025
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

14:21 / 11-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Şimali Azərbaycan Cənubi Azərbaycan düyününü açacaqmı?
Tarix: 30-11-2022 16:21 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının adının Şimali Azərbaycan olması təklifi edilir. Təklif bundan öncəki illərdə, hətta müstəqilliyin ilk illərində də tez-tez gündəmə gəlib.
Təklifi irəli sürənlərin əsas arqumenti budur ki, Azərbaycan adlanan coğrafiya və bu coğrafiyada yaşayan Azərbaycan türkləri 1828-ci ildə çar Rusiyası və Qacar imperiyası arasında imzalanan Türkmənçay sülh müqaviləsi ilə iki hissə bölünüb. Müxtəlif vaxtlarda Türkmənçay müqaviləsinə görə, istər Rusiyanın işğal etdiyi, istərsə də Qacardan sonralar sadəcə, İran adlanan ölkənin işğalı altında olan Azərbaycanda milli hökumətlər, dövlətlər yaransa da, yalnız Şimalda Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Təklif irəli sürənlər iddia edirlər ki, Türkmənçay müqaviləsinə görə, Azərbaycan coğrafiyasının cənub hissəsi İran işğalında olduğu üçün müstəqil Azərbaycanın adı Şimali Azərbaycan olaraq dəyişdirilməlidir.
İkiyə ayrılan coğrafiyalar (ölkələr) Cənubi Azərbaycan faktoruna görə Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan edilməsini təklif edənlərin səmimiyyəti, saflığı və ən əsası, vətənpərvərliyi təqdirəlayiq olsa da təklif olduqca absurddur.
Bunu bir neçə nümunə ilə də görmək olar:
1. İrlandiya - Məlum olduğu kimi hazırda Şimali İrlandiya və İrlandiya adında iki ölkə var. 1900-cü illərin əvvəllərinə qədər varlığını birlikdə davam etdirən Şimali İrlandiya və İrlandiya Respublikası Böyük Britaniyanın tabeliyində idi. Krallığın adadakı amansız siyasəti nəticəsində 1916-cı ildə İrlandiya Respublikasının paytaxtı və adanın ən böyük şəhəri Dublində başlayan İrlandiya Müstəqillik Hərəkatı İrlandiyanın müstəqilliyi ilə yekunlaşsa da, Şimali İrlandiya hələ də krallığın bir parçası olaraq qalmaqdadır. İrlandlar Şimali İrlandiyanı İrlandiyanın bir parçası saysalar da, bu günə qədər ölkə adını Cənubi İrlandiya olaraq dəyişməyi təklif etməyiblər.
2. Koreya - İrlandiya nümunəsində olduğu kimi hazırda dünya üzərində iki fərqli adda Koreya dövləti də var. Təəssüf ki, ölkəmizdə bir çoxları həmin ölkələrin Şimali və Cənubi Koreya adlandığını sanır. Əslində isə Şimal - Koreya Xalq Demokratik Respublikası (KXDR), Cənub isə Koreya Respublikası adlanır. Bu günə qədər hər iki Koreya dövləti birləşmək yolunda fərqli addımlar atsa da, dövlət adının şimali və ya cənubi Koreya olaraq dəyişmək təklif edilməyib.
3. Almaniya - Yəqin ki, bir xalqın müharibə və sonrasında işğal nəticəsində ayrılıb sonra da birləşməsinə ən gözəl nümunə Almaniyadır. 1939-1945-ci illərin müharibəsindən sonra alman nasizmi süqut etdi, alman xalqı da qalib dövlətlər və təbii ki, SSRİ-nin istəyi əsasında Almaniya Federativ Respublikası (AFR), Almaniya Demokratik Respublikası (ADR) olaraq iki hissəyə bölündü. Vahid Almaniyanın bərpası isə yalnız 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR və Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə əldə edildi.

Əslində qeyd etdiyim bu ölkələr və xalqlar kimi çox misallar vermək olar. Lakin Almaniya nümunəsi göstərir ki, ayrı düşən xalqların parçalanan coğrafiyaların birləşməsi üçün mövcud ölkə adının dəyişməsi heç bir məna kəsb etmir.
Hatay və Texas variantı birləşmə Cənubi Azərbaycanın bir gün Azərbaycana birləşməsi üçün mütləq ölkənin adını Şimali Azərbaycan etməyə ehtiyacı yoxdur. Dünyada Texas və Hatay variantı birləşmələr daha praktik və realdır.
Çox bilinməsə də, bu gün ABŞ-ın ən zəngin ştatlarından olan Texas 19-cu əsrin əvvəllərində müstəqil respublika idi. Texas 1836-cı ildə Meksikadan ayrılaraq öz müstəqilliyini elan etdi. Texasın ABŞ-a könüllü birləşməsi isə 10 il sonra, yəni 1846-cı ildə baş tutdu.
Eyni ilə bu gün Türkiyə Cümhuriyyətinin bir parçası olan Hatay 1938-ci ildə Fransanın Suriya mandatından ayrılaraq Hatay Cümhuriyyəti adı ilə qısa müddət müstəqil olub. 1939-cu ildə Türkiyə Respublikasına birləşmək qərarı verən Hatay o vaxtdan Türkiyənin bir parçasıdır.
Bu gün bizim Güney Azərbaycana baxışımız da məhz Texas və Hatay nümunələrindəki kimi olmalıdır. Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi istiqamətində bütün dəstəyimizi ifadə etməliyik. Yalnız Güney Azərbaycan öz müqəddəratını təyin edəcəyi təqdirdə hansısa birləşmədən söhbət açmaq olar. Digər tərədən, nəzərə almaq lazımdır ki, Azərbaycanın adını Şimali Azərbaycan olaraq dəyişməyimizə İran səssiz qalmayacaq.
Molla rejimi cavab olaraq 31 ostanlıqdan üçü Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlıqlarının adını dəyişə bilər. Tehran bununla da yetinməyib daha da irəli gedərək bütün türk toponimlərinin adını dəyişər.
Rəsmi Tehran onsuz da belə bir şey üçün bəhanə axtarır. Belə bir addımı atacağımız təqdirdə bu bəhanəni özümüz İrana vermiş olarıq.
Turan Rzayev
Politoloq
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:39
Paşinyanı impiçment etmək istəyirlər
Bu gün, 09:45
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
Bu gün, 08:02
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
Dünən, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Dünən, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş