00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Altaydan köç: alimlər hindlilərin genetik kodunu araşdırıb
Tarix: 02-04-2024 00:11 | Bölmə: Slayd

Dünyada əhalinin ən sıx məskunlaşdığı Hindistan uzun müddət idi ki, genetik tədqiqatlardan kənarda idi. Tədqiqatçı alimlərin bu sahədə ləng hərəkəti bölgədə yaşayanların mənşəyini, genetik müxtəlifliyini aşkar edib anlamaqda elmdə böyük əhəmiyyət kəsb edə biləcək boşluğun yaranmasına səbəb olmuşdu.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, minlərlə genomun təhlili əsasında keçirilən, tarixi 50.000 il əvvələ gedib çıxan, bir müddət əvvəl başlanmış və hələ də davam edən elmi araşdırmalarla yenilik etməyə çalışan tədqiqatçılar qrupu tarixin lap qədim, maraqlı dövrlərinə nəzər salmaqla geniş tədqiq edilməyən Hindistanla bağlı elmi boşluğu doldurmağa çalışıb. Uzun müddət aparılan tədqiqatların nəticəsində müasir Hindistanın və burada yaşayanların əcdadlarının mürəkkəb nəsil ağacında bəzi təəccüb doğuran detallar üzə çıxıb.
2762 nəfərin DNT-si araşdırılıb
UC Berkeley populyasiyası üzrə mütəxəssis-genetik Elise Kerdoncuffun başçılıq etdiyi tədqiqat qrupu Hindistanda yaşayanları ziyarət edib, onlardan 2762 nəfərin DNT analizlərini ardıcıllıqla izləyiblər. Tədqiqat qrupu Hindistan ərazisini gəzib, həm kəndlərdən, həm şəhərlərdən, həm də bu ərazidə özünəməxsus bir özəlliklərə malik olub bəzi dillərdə danışan xalqlardan, müxtəlif qəbilələrdən, eləcə də müxtəlifliyi ilə seçilən kasta qruplarından nümunələr götürüblər. Tədqiqatçıların məqsədi Hindistanın müəyyən hissəsini araşdırmaq yox, böyük bir coğrafi bölgəni əhatə edən ərazilərdə yaşayanları öyrənmək olub.
Nəhayət, alimlər uğurlu başlanğıcla indiyədək davam edən tədqiqatla Hindistanın heyrətamiz müxtəlifliyini aşkarlaya biliblər. Tədqiqatın məqsədi - lap çoxdan hədəflənən və həssas sahədə aparılan araşdırmalar nəticəsiz qalmayıb. Tədqiqatçılar mühüm olan sualların hamısına olmasa da, bir qisminə cavab tapa biliblər.
Alimlər əsasən 4 suala cavab axtarıb
Alimləri düşündürən ən vacib və böyük əhəmiyyət kəsb edən bir neçə sual olub. Tədqiqatçılar öz suallarını ümumi şəkildə belə sıralayıblar:
1. Yerli əhaliyə çevrilən hindlilər, indi isə bu ərazidə yaşayan müasir insanlar nə zaman, ilk dəfə nə vaxt və hansı səbəblərdən Afrika qitəsindən Hindistana gəliblər?
2. Həqiqətənmi onlar Afrikadan bu qitəyə yönəlmiş miqrant köçünün əsas hissəsi olub, yoxsa daha əvvəllərdən, lap qədim dövrlərdən bura köçüblər?
3. Bu insanlar bölgədə tədricən su sahilinin meydana çıxdığı qarışıq bir dövrdən sonra, bəlkə də lap əvvəllər indi müasir Hindistan adlanan ərazilərə gəliblər?
4. Altay kökənli və denisovkimilər adlandırılan, fərqli genetik koda sahib qədim insan qrupu olan tayfalarla neandertal toplumu doğrudanmı ilk dəfə Hindistan ərazisində görüşüblər?
Bu suallara, elmi müəmmalara cavab tapıb baş verənlərə aydınlıq gətirmək üçün Hindistanın təkrarolunmaz, həm də qədim bənzərsiz populyasiyalarında denisovalılar və neandertallar kimi arxaik insanların izi araşdırılaraq ətraflı öyrənilib, tədqiq edilib.
Min illər öncənin heyrətamiz məxfiliyi
Kerdoncuffun həmkarları qeyd ediblər ki, təqdim olunan ilk təhlillər görülmüş işlərin uğurundan xəbər verir. Tədqiqat qrupunun fikrincə, Hindistan əhalisinin tarixini ətraflı şəkildə başa düşüb araşdırmaq üçün həm də Avropadan kənardakı müxtəlif qrupları genomik tərəfdən (Molekulyar biologiyada, genetika sahələrində genom orqanizmdəki bütün genetik məlumatların toplusudur. 1 DNT-nin, yaxud RNT viruslarında RNT-nin nukleotid ardıcıllığından ibarətdir) geniş və ətraflı araşdırmaq, müasir elmə mükəmməl şəkildə töhfə verəcək, yeniliklərə səbəb ola biləcək araşdırmalar aparıb dəqiq nəticələr əldə etmək gərəkdir.
Alimlərin fikrincə, bununla yanaşı xeyli müqayisələr aparılmalı və nüvə genomu tədqiqatlarının bir sahə kimi daha çox öyrənilib genişləndirilməsi vacibdir.
Bundan əvvəl aparılmış elmi tədqiqatların əksəriyyətində göstərilirdi ki, hindlilərin əsl mənşəyi üç əsas əcdad qrupuna aiddir. Alimlərin fikrincə, eradan öncə, 4700-cü, yaxud da 3000-ci illər arasında indiki Hindistana, bu yarımadaya gələnlər kök etibarı ilə Pers və ya iranlı fermerlərin nəsilləri olub.
Lakin aparılan digər bir elmi araşdırmada eradan əvvəl, 3000-ci illərdən az sonra Avrasiyanın çöllərindən Hindistana köç etmiş çobanları yerli xalqın uluları, hindlilərin məhz çoban tayfalarından törədiyini sübuta yetirməyə çalışırlar. Mövzuya fərqli prizmadan baxan bəzi alimlər isə tarixi və təkzibedilməz fakt olaraq maraqlı səslənən tək bir versiya irəli sürürlər. Alimlərin qənaətincə, onlar min illər boyu bu bölgədə yaşayan yerlilər olaraq əslində elə Cənubi Asiya sakinlərinin ilk nəsilləri hesab olunmalıdır. Bu fikri daha çox müdafiə edən alimlərin uzun illər boyu apardıqları tədqiqatlara, elmi araşdırmalara görə qədim zamanlarda özlərinə ancaq tək peşə seçən ovçu-yığıcıların, ehtiyat üçün ərzaq toplayanların böyük qismi bu ərazidə əlverişli mühitə uyğunlaşdıqlarına görə heç yerə köçməyiblər. Onların hamısı yerli xalq olaraq Hindistanda yaşayıb və burada nəsil artırıblar.
İranla əlaqəli qruplar
Aparılan son tədqiqatların əsas nəticələri bir daha sübut edir ki, adıçəkilən hər üç qrupun mənşəyi müasir hindlilərin gen yaddaşından itməyib, qəribə səslənsə də, heyrətamiz müxtəlifliklər var. Bütün bu çətinliklərə baxmayaraq yenə də elmi baxımdan çox əhəmiyyətli nümunələr müəyyən edilib.
Tədqiqatçılar qrupuna daxil olanlar mövzu ilə bağlı deyiblər: "Andaman kökənli sayılanlar ilə, ovçu-toplayıcılarla əlaqəli əcdadların nisbəti ən çox Hindistanın cənubunda, ən az isə şimalda aşkar edildi və müəyyən dil, kasta qrupları arasında bu genom daha yüksək idi. Bu isə qədim qarışıq hadisələr fonunda bölgədə bəzi dillərin yayılmasını, Hindistanda ənənəvi kasta sisteminin tarixi ilə bağlılığının, əlaqəsinin olduğunu sübuta yetirir".
İranla əlaqəli olan qruplardan çıxarılmış ən qədim DNT-nin müasir hindlilərin genomik ardıcıllığına necə töhfə verə biləcəyini təhlil edən tədqiqatçılar belə qənaətə gəliblər ki, ən çox ehtimal olunan variant hazırda müzakirə edilən digər bir mövzudur - Yəni Tacikistan ərazisindəki, tarixi çox qədimlərə gedib çıxan kənd təsərrüfatı mərkəzi kimi tanınan Sarazmlı köçəri maldarlarının axını mövzusu.
Daha bir yenilik: Altaydan böyük köç
Əvvəlki arxeoloji tədqiqatlar da Sarazm və Cənubi Asiya arasındakı ticarət əlaqələrinə işarə edir, lakin tədqiqatçıların apardığı araşdırmalar nəticəsində bunun da birtərəfli əlaqə olmadığı üzə çıxıb. Beləliklə, ilk dəfə qədim İran əcdadları arasında hindli genetikasının izlərinə malik olan oxşar bir fərd tapılıb.
Araşdırmaya davam edənlərin səyi nəticəsində o da aşkar edilib ki, belə bir maraqlı, həm də qədim ərazidə yaşayan müasir hindlilər öz genetik materiallarının 1-2 faizini avropalılar və amerikalılar kimi neandertallardan, denisovalılar təki arxaik hominidlərdən miras alırlar.
Təəccüblü olan daha bir yenilik odur ki, tədqiqatçılar tərəfindən geniş və dəqiq araşdırılıb təhlil edilən genomlar digər bir populyasiyalarla müqayisədə neandertal və denisovalılara məxsus genlərin çox əhəmiyyətli dərəcədə müxtəlifliyini ehtiva edir. Elm adamlarının fikrincə, bu, bir daha sübut edir ki, Altaydan böyük köç həqiqətən baş verib və qədim Altay köçü tarixinin müxtəlif zaman kəsiyində denisovalılarla neandertallar bir biriləri ilə qarşılıqlı əlaqə qurublar.
Tədqiqatçıların öz dillərindən səslənən fikirlər belədir: "Bizim müasir elmimiz və bu sahədə çalışan tədqiqatçıların əksəriyyəti xüsusi olaraq qeyd edirlər ki, dünya üzrə Neandertal ardıcıllığının təxminən 90,7 faizi Hindistandadır və həmçinin söyləyirlər ki, Denisovan ardıcıllığının təxminən 51 faizi Hindistana xasdır".
Bu suallara da cavab tapmaq mümkün olub. Aparılan uzun tədqiqatlar sübut edib ki, hindlilərin mənşəyi ilə bağlı əsas sualın cavabı budur: müasir hindlilərdəki genetik müxtəlifliyin çox hissəsi ehtimala görə, Afrikadan 50.000 il əvvəl baş vermiş böyük köçlə bağlıdır, halbuki əvvəlki miqrasiya dalğaları bu ölkədə cüzi hiss olunacaq dərəcədə çox az genetik iz buraxıb.
Aparılan elmi araşdırmaların yekunlaşdığını deyən tədqiqatçıların əlavə ediblər ki, müasir dövr Hindistanında yaşayan böyük əhali kütləsi öz əcdadlarının haradan gəldiklərini təsəvvür etməyiblər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Dünən, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
Dünən, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım