Hərbçimiz Qazaxda minaya düşüb - Yenilənib
Tarix: 29-04-2024 15:05 | Bölmə: Siyasət
Hərbçimiz Qazaxda minaya düşüb

Qazax rayonunda mina partlayışı olub.

Reyting.az
bildirir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı rayon ərazisində minaya düşüb.

Prokurorluğun məlumatına görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlu ayağından xəsarət alıb.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Reyting.az
TƏBİB-ə istinadla  bildirir ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}