Ukrayna cəbhənin bir istiqamətində rusların hücumunu dayandırıb
Tarix: 15-05-2024 17:03 | Bölmə: Dünya
Ukrayna cəbhənin bir istiqamətində rusların hücumunu dayandırıb

Ukrayna müdafiə qüvvələri rus ordusunun Avdeevka yaxınlığında irəliləməsini dayandıra bilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşri cəbhə xəttində olan mənbələrinə istinadla yazıb.

Qeyd edək ki, aprelin sonunda rus qoşunları Avdeevkanın şimal-qərbinə doğru irəliləyib, Ukrayna ordusunun mövqelərinə 3 km dərinlikdən keçərək Oçeretin kəndinə dxil olub. Daha sonra onlar Solovyove, Arxangelsk, Keramik, Novokalynove və Novobaxmutivka kəndlərini tutub.

“Bild” yazır ki, Ukrayna bu əraziyə əlavə qüvvələr köçürməyə və Rusiya Silahlı Qüvvələrinin irəliləyişini dayandırmağa nail olub.

Analitik Julian Röpkenin yazdığına görə, Qərb mərmilərinin göndərildiyi ərazilərdə ukraynalıların ötən ilin dekabrına qədər olduğu kimi, yenə rusları dayandıra bilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}