Rusiya cəbhədəki böyük itkilərini kompensasiya edə bilmir
Tarix: 29-04-2024 15:43 | Bölmə: Siyasət
Rusiya cəbhədəki böyük itkilərini kompensasiya edə bilmir

Rusiya komandanlığı Ukrayna cəbhəsində əhəmiyyətli itkiləri kompensasiya edə bilməz və bu, şübhəsiz ki, ölkədə səfərbərliyin artmasına səbəb olacaq.

Reyting.az
xəbər verir ki, bunu hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko cəbhənin müxtəlif sahələrində rus ordusunun sayını təhlil edərkən deyib.

Onun sözlərinə görə, aprel ayının əvvəlindən birbaşa döyüş bölgəsində olan rus ordusunun ümumi sayı demək olar, 10 min nəfər azalıb. Xüsusilə, aprelin sonuna Rusiyanın Ukraynadakı birləşmiş qüvvələr qrupunun 466 min əsgəri olduğu təxmin edilir. 3-4 həftə əvvəl isə bu, 475 mindən çox olub.

“Belə dramatik azalma iki ildən artıq aktiv hərbi əməliyyatlarda ilk dəfə müşahidə olunur”, - deyə ekspert əlavə edib.

A. Kovalenko Rusiya qoşun qruplarının təsvirini də verib:

“Məsuliyyət sahəsi Xerson vilayətinin sol sahili və Zaporojye bölgəsi olan Dnepr qoşun qrupu ən böyüyüdür. Aprelin əvvəlində orada 129 mindən bir qədər çox əsgər var idisə, indi 129,5 mindən çoxdur.

Krımın müdafiə qrupunun sayı isə dəyişməz qalıb - 13,5 min.

“Vostok” qrupu Zaporojye vilayətinin bir hissəsi olan Donetsk vilayətinin cənub-qərbinin məsuliyyət zonasına baxır və onun sayı 51,5 min nəfərdir.

“Cənub” məsuliyyət zonası - Donetsk vilayəti - döyüşə ən hazırlıqlı və təcavüzkar hərbi qüvvədir. Onun sayı 113,5 min nəfər olub, hazırda 114 min nəfərdir.

“Mərkəz”məsuliyyət sahəsi - Limansk istiqamətidir. Qrupun sayı 87,5 min nəfər idisə, hazırda 86 min nəfərdir.

“Qərb” məsuliyyət sahəsi - Kupyansk istiqamətidir. Ən böyük tank komponentinə malik qrup 81 min nəfərdən çox idi, indi 71,5 min nəfərdir”.

Ekspert ayrıca “Bryansk”, “Kursk” və “Belqorod” sərhəd örtüyü qrupları əsasında yeni yaradılmış “Şimal” qruplaşmasından da söz açıb və bildirib ki, islahatdan əvvəl onların sayı 35,5 min idisə, hazırda 49,5 min nəfərdir. Kovalenkonun fikrincə, Ukrayna ilə sərhədi tam nəzarətdə saxlamaq, Xarkov, Sumı və ya Çerniqovu işğal etmək və ələ keçirmək üçün belə bir rəqəm kifayət deyil. Nəticədə analitik belə qənaətə gəlir:

“Rusiya komandanlığı itkilərin yüksək olması səbəbindən insan resurslarının yığılması problemini tam həll edə bilmir. İstənilən istiqamətdə əsas qüvvələrdən birini sürətlə gücləndirmək lazımdırsa, digər qrupların resursları qədər ehtiyatlardan istifadə olunmur”.

Onu da qeyd edək ki, daha əvvəl Rusiya-Ukrayna sərhədinə 4 çeçen batalyonunun gəldiyi və onların Sumı vilayəti ilə sərhəddən 150-200 km aralıda yerləşdirildiyi bildirilirdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}