Atom elektrik stansiyası dünya üçün təhlükə mənbəyinə çevrilib - Xəbərdarlıq
Tarix: 29-05-2024 14:12 | Bölmə: Siyasət
Atom elektrik stansiyası dünya üçün təhlükə mənbəyinə çevrilib

Zaporojye atom elektrik stansiyasında (AES) qəza baş verəcəyi təqdirdə bunun nəticələri Çernobıl fəlakəti ilə müqayisə oluna bilər.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı Rusiya Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəhbəri İqor Kirillov edib.

İ. Kirillov bildirib ki, AES-də qəza baş verərsə, bu, hətta ABŞ-da da hiss ediləcək.

Qeyd edək ki, Ukraynaya məxsus Zaporojye AES Rusiya ordusunun nəzarətindədir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə AES-də təhülkəli vəziyyət barədə dəfələrlə xəbərdarlıq edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}