00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Haniyənin qətli: nələr məlumdur, təqsirkar kimdir?
Tarix: 31-07-2024 15:38 | Bölmə: Slayd

Rəsmi olaraq İsrail HƏMAS-ın Tehrandakı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünü şərh etməsə də, Qüds işləri və irs naziri Amiçai Eliyahu deyib: "O (Haniyənin ölümü - red.), dünyanı daha yaxşı bir yerə çevirir".
“Al-Mayadeen”-in məlumatına görə, Haniyə İrandan buraxılmayan raketin birbaşa vurulması nəticəsində həlak olub. HƏMAS hücuma cavab vermək niyyətindədir və buna görə İsraili ittiham edir.
Eyni zamanda, Benyamin Netanyahunun ofisi İsrail nazirlərinə mövzu ilə bağlı danışmamağı tapşırıb, - İsrail mediası yazır.
Reyting.az-ın məlumatına görə, Fələstin HƏMAS Hərəkatının Siyasi Büro rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə İsrailin Qüds işləri və irs naziri Amichai Eliyahu İsrailin yüksək vəzifəli siyasətçiləri arasında ilk reaksiya verib. O, İsrailin iştirakını dolayı yolla təsdiq edərək, hava hücumunu “dünyanı bu çirkabdan təmizləmək üçün düzgün yol” adlandırıb.
"Haniyənin ölümü dünyanı bir az da yaxşılaşdırır", - deyə Eliyahu sosial mediada (X) yazıb.
Nazir qeyd edib ki, daha təslim olmaq haqqında sülh sazişləri və “ölüm mələklərinə” mərhəmət olmayacaq:
“Onlara dəyən “dəmir əl” sülh, rahatlıq gətirəcək və sülh istəyənlərlə sülh içində yaşamaq qabiliyyətimizi gücləndirəcək”.
“The Times of Israel” iddia edir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail rəsmilərindən Haniyənin ölümü ilə bağlı səssiz qalmağı və şərh verməməyi xahiş edib.
“The Jerusalem Post” yazır ki, Netanyahunun ofisi İsrail nazirlərinə mövzu ilə bağlı açıqlama verməməyi tapşırıb. Ölkə baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.
HƏMAS Haniyənin qətlində İsrail və ABŞ-ı ittiham edir. Hərəkatın sözçüsü Vaşinqtonla razılaşdırıldığını iddia edir və həmçinin hərəkatın cavab tədbirləri görəcəyini bildirir.
İranın keçmiş vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi HƏMAS-ın günahkarları cəzalandırmaq hüququna malik olması ilə razılaşıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov “RİA Novosti” ilə söhbətində hadisəni siyasi qətl adlandırıb:
“Bütün bunlar çox pisdir. Bu, tamamilə qəbuledilməz siyasi sui-qəsddir və gərginliyi daha da artıracaq”.
Diplomatın fikrincə, Haniyyənin ölümü Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı danışıqlara son dərəcə mənfi təsir göstərəcək.
Ankara Haniyənin öldürülməsini pisləyib və beynəlxalq ictimaiyyəti münaqişə genişlənmədən İsraili dayandırmağa çağırıb.
“Bu hücumun məqsədi Qəzza zolağındakı müharibəni bütün regiona yaymaqdır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün tədbir görməsə, bölgəmiz daha böyük münaqişələrlə üzləşəcək”, - Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaani deyib ki, HƏMAS lideri İsmayıl Haniyənin qanı “heç vaxt boş yerə axmayacaq” və onun şəhadəti “Tehran, Fələstin və müqavimət arasında dərin və qırılmaz bağı gücləndirəcək”.
İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməyə qərar verib.
Ağ ev hava hücumu və onun nəticələrini şərh etməyib, lakin baş verənlərdən xəbərdar olduğunu qeyd edib.
Eyni zamanda, Pentaqon rəhbəri Lloyd Ostin Filippində keçirdiyi mətbuat konfransında hücum olacağı təqdirdə Amerikanın İsraili qorumağa kömək edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton regionda gərginliyi azaltmaq üçün işlərə başlayıb:
“Biz bunun genişmiqyaslı davaya çevrilməsi ehtimalından narahatıq. Döyüşün qaçılmaz olduğunu düşünmürəm”.
HƏMAS liderinin ölümü ilə bağlı məlum olanlar
İyulun 31-də səhər tezdən “Mehr” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadla HƏMAS Siyasi Büro rəhbərinin ölümü barədə məlumat yayıb. Haniyə Tehranda gecələdiyi evdə birbaşa raketlə vurularaq öldürülüb. O, ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.
HƏMAS rəsmi açıqlamada Haniyəni şəhid elan edib və baş verənlərə görə İsraili günahlandırıb. Onların sözlərinə görə, Tel-Əviv iqamətgaha raket zərbəsi endirib.
“Al-Mayadeen”-in məlumatına görə, raket İrandan yox, başqa ölkədən buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
“Haniyənin başqa ölkədən atılan raketlə öldürülməsi İrana təcavüz deməkdir və qətiyyətli cavab tələb edir”, - “Al-Mayadeen” qaynağı vurğulayıb.
“Hizbullah” Haniyənin öldürülməsi ilə bağlı rəsmi açıqlama yayıb. Orada deyilir ki, bundan bir qədər əvvəl İsrail Beyrutda qrupun əsas hərbi komandiri Fuad Şükrün olduğu binaya zərbələr endirib. Dağıntılar təmizləndiyi üçün onun ölümü rəsmən təsdiqlənməyib.
Aprel ayında Qəzza zolağında İsrailin hücumu zamanı Haniyənin üç övladı və nəvəsi öldürülüb; münaqişə boyu o ən azı 60 qohumunu itirib:
"Üç uşağımı və bir neçə nəvəmi götürməklə mənə verdiyi şərəfə görə Allaha şükür edirəm", - Haniyə o zaman “Əl-Cəzirə” kanalına bildirib.
62 yaşlı İsmayıl Haniyə Qəzzada Şati qaçqın düşərgəsində doğulub. 2017-ci ildə Haniyə HƏMAS Siyasi Bürosuna rəhbərlik edib.
O, ABŞ sanksiyaları altında idi və 2018-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb. 2024-cü ilin may ayında Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Həniyə də daxil olmaqla, HƏMAS-ın üç liderinin həbsinə order verilməsini istəyib.
İsrail hesab edir ki, Haniyə girovların azad edilməsi və atəşkəs üçün danışıqlarda əsas şəxslərdən biridir.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
Dünən, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım