23:47 / 17-01-2026
Tramp: İranda yeni lider axtarmağın vaxtıdır
23:25 / 17-01-2026
Zelenski: ABŞ Ukraynaya hücumlar barədə real məlumat almalıdır
19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
18:24 / 17-01-2026
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
18:18 / 17-01-2026
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
13:16 / 17-01-2026
Sabah Bakıya sulu qar, dağlıq rayonlara qar yağacaq - Proqnoz
12:24 / 17-01-2026
Bakı metrosunun platformasında sərnişin ölüb
12:10 / 17-01-2026
Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib
11:46 / 17-01-2026
Bakıda Qlobal Forum keçiriləcək
11:20 / 17-01-2026
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
00:13 / 17-01-2026
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
22:54 / 16-01-2026
Ramzan Kadırovun oğlu qəzaya düşüb
22:28 / 16-01-2026
Tramp İran rəhbərliyinə təşəkkür edib - Yenilənib
19:26 / 16-01-2026
Çin zavodlarına 16 gəmi sifariş veriblər
18:01 / 16-01-2026
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
17:49 / 16-01-2026
Onlayn qumar oyunları: iki nəfər saxlanılıb
17:38 / 16-01-2026
Vilayət Eyvazov Belarusun Daxili işlər naziri ilə görüşüb
17:30 / 16-01-2026
Əmək Məcəlləsinə dəyişikliklər təsdiqlənib
17:23 / 16-01-2026
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:04 / 16-01-2026
Kosmik missiyanın üzvləri tibbi müayinəyə cəlb olunublar
16:50 / 16-01-2026
Magistraturalara sınaq imtahanı keçiriləcək
16:46 / 16-01-2026
Millimiz yoxlama oyununda qalib gəlib
16:27 / 16-01-2026
Daha bir kollecə direktor təyin olunub
16:16 / 16-01-2026
"Atena” qanunvericiliyi pozub
15:54 / 16-01-2026
Balıq ovu üçün kvota bölgüsü təqsdiqlənib
15:53 / 16-01-2026
Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq
15:24 / 16-01-2026
Sabiq icra başçısının oğlu tanışını güllələyib
15:20 / 16-01-2026
Səfir postuna namizəd olan şəxs islandiyalıları qəzəbləndirib
14:24 / 14-01-2026
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
11:04 / 16-01-2026
SOCAR-a yeni müşavir təyin edilib
19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:37 / 13-01-2026
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
11:04 / 15-01-2026
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
14:52 / 16-01-2026
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
11:36 / 14-01-2026
İrana hansı ssenari tətbiq olunacaq?
10:50 / 16-01-2026
ABŞ Mars yarışında Çinə uduza bilər
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
13:01 / 13-01-2026
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb - Professor
Tarix: 06-09-2024 00:13 | Bölmə: Slayd

“Müasir dövrdə dövlətlərarası əlaqələrin strateji səviyyəyə qaldırılması və qlobal transformasiyalar şəraitində qarşılıqlı əlaqələrin genişləndirilməsi mühüm məsələdir. Xüsusilə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş öncül dövlətləri ilə strateji əməkdaşlıq səviyyəsinə yüksəlmək hər bir ölkənin xarici siyasətinin başlıca vəzifələrindən biridir. Bu amillər baxımından, Azərbaycanın İtaliya ilə əlaqələri nümunəvi bir etalon kimi qəbul edilə bilər”.
Bunu Reyting.az-a UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında əlaqələrin tarixi qədimdən formalaşsa da, rəsmi münasibətlər keçmiş SSRİ-nin süqutundan sonra başlayıb. İtaliya ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və elə həmin ildə də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirlikləri açılıb. Vaxtı ilə Ulu öndər Heydər Əliyev bir neçə dəfə İtaliyaya səfərlər edib və əlaqələrin möhkəm bünövrəsinin təməlini qoyub.

Şəfa Əliyev
Şəfa Əliyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev öz fəaliyyətində İtaliya ilə münasibətlərə strateji önəm verib və 19-21 fevral 2020-ci il tarixlərində İtaliyaya ilk dövlət səfərini gerçəkləşdirib.
Bu vaxta kimi Azərbaycan və İtaliya respublikaları arasında 60 sənədin imzalandığını qeyd edən Ş. Əliyev bildirib ki, Azərbaycan prezidentinin 2006-cı il 20 sentyabr tarixli Sərəncamına müvafiq olaraq, iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılıb.
Professor əlavə edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 140-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İki ölkə arasında xarici ticarət dövriyyəsi dinamik artım nümayiş etdirir. Məsələn, 2010-2023-cü illərdə Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi 2,18 dəfə artıb və 15,7 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu dövr ərzində idxalın həcmi 4 dəfə yüksələrək 478 milyon olub. İxracın həcmi isə 2,17 dəfə artıb və 2023-cü ildə 15,2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ildə İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) olub. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 5,6 milyon ABŞ dollarıdır.
Ş. Əliyev qeyd edib ki, İtaliya ölkəmizin ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi kimi strateji əhəmiyyət kəsb edir: “Xarici ticarət dövriyyəsinin strukturunda Azərbaycandan İtaliyaya ixrac edilən xam neft, neft məhsulları, təbii qaz, qida məhsulları və əksinə, İtaliyadan idxal olunan maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları daha çox yer tutur.
İtaliyanın, eləcə də dünyanın ən iri şirkətlərindən biri olan “ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən daxil olub və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya malikdir. Qeyd etməliyik ki, Cənubi Qaz Dəhlizinin nəql marşrutları baxımından, 2013-cü ildə TAP layihəsi "Nabukko" ilə rəqabətdə Azərbaycan qazının İtaliyaya daşınması üçün marşrut olaraq seçilib və məlum olduğu kimi, 2020-ci ilin sonundan başlayaraq reallığa çevrilib. İtaliya şirkətləri həmçinin ölkəmizdə neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirirlər. Artıq “SOCAR Polymer” şirkəti ilə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasında Sumqayıtda Polipropilen zavodunun inşasına diar layihə başa çatdırılıb və 2018-ci ildə İtaliya prezidentinin Azərbaycana səfəri zamanı onun iştirakı ilə bu ixracyönlü iri istehsal müəssisəsinin açılışı olub.

İki dost ölkə arasında ticarət-iqtisadi əlaqələrin təşviqi və şaxələndirilməsi məqsədilə İtaliyada və Azərbaycanda müvafiq olaraq hər iki ölkənin Ticarət Palataları fəaliyyət göstərir. Mütəmadi olaraq biznes-forumlar, sərgilər və digər tədbirlər keçirilir”.
Professor Ş. Əliyev bildirib ki, 2023-cü ildə TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac edilib. Bu isə Azərbaycanın dost İtaliyanın enerji təhlükəsizliyinə ciddi töhfəsidir. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasındakı razılaşmaya görə, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu proseslərdə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
Professor İtaliya şirkətlərinin ölkəmizdə iri məbləğdə investisiyalar yatırmasına və həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirakına da diqqət yönəldib:
“Ölkəmizdə 140 İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyətləri ilə diqqət çəkirlər.
İtaliya beynəlxalq platformalarda strateji məsələlərdə daim Azərbaycanın yanındadır və Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətləri quruculuq-bərpa layihələrində iştirak edirlər. İtaliya şirkətləri - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə yerləşən elektrik stansiyalarını avadanlıqlarla təmin ediblər. İtaliyalı memarlar Şuşada tarixi abidələrin və məscidlərin bərpasında çalışırlar. Maraqlıdır ki, İtaliya şirkəti Bakıda Zəfər muzeyinin inşasında iştirak edib. Bir sıra İtaliya şirkətləri Azərbaycanda "yaşıl" enerji infrastrukturunun yaradılması layihələrində iştirak etmək niyyətindədir. İtaliya 2024-cü ilin noyabrında ölkəmizdə təşkil olunacaq qlobal tədbirin – COP29-un Bakıda uğurla keçirilməsi üçün Azərbaycanı dəstəkləyir.
Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə də ilk dəfə tələbə qəbulu keçirilib. Universitetdə dizayn (interyer dizaynı), memarlıq, qida mühəndisliyi (qida texnologiyaları), aqronomluq (aqrar texnologiyalar) ixtisasları tədris olunacaqdır. Hesab edirik ki, bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcəkdir”.
Ş. Əliyev qeyd edib ki, 2024-cü il sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub: “Bundan əlavə, işgüzar səfər çərçivəsində “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüş keçirilib. Görüş zamanı neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. İtaliya prezidenti Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu bir daha təsdiq edib.

İki ölkə arasındakı münasibətlərdə 2020-ci ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edilib. Eyni zamanda, iki dost ölkə arasında enerji sahəsində əməkdaşlığın vacibliyinə, o cümlədən TAP layihəsinin əhəmiyyətinə diqqət çəkilib. Bu layihənin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rolu yüksək qiymətləndirilib. Həmin layihənin reallaşdırılması nəticəsində Avropanın 10 ölkəsinin enerji təchizatı gücləndirilib.
Digər tərəfdən, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd olunub. İtaliya prezidenti həmçinin ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.
Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib. İşgüzar səfər zamanı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, ilk növbədə Qarabağda bir sıra istiqamətlərdə, əsas etibarı ilə bərpa-quruculuq işlərində, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulanıb.
Əminliklə qeyd etmək mümkündür ki, prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı aparılmış müzakirələr, imzalanmış sənədlər yaxın perspektivdə iki dost ölkə arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq və ticarət-iqtisadi əlaqələrin intensiv olaraq diversifikasiyalaşdırılmasına təkan verəcəkdir”.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər

Dünən, 17:08
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Dünən, 16:50
Magistraturalara sınaq imtahanı keçiriləcək
Dünən, 10:50
ABŞ Mars yarışında Çinə uduza bilər
Dünən, 10:23
Venesuela neftini özəl şirkətlər mühafizə edəcək
15-01-2026, 17:10
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
15-01-2026, 12:56
Yer cazibə qüvvəsini itirəcək? - Elmi əsasları olmayan iddia
15-01-2026, 11:04
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
14-01-2026, 14:24
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
14-01-2026, 11:36
İrana hansı ssenari tətbiq olunacaq?
14-01-2026, 10:29
Z nəsli dünyanın ən varlı nəsli olacaq
14-01-2026, 10:00
Magistraturaya sənəd qəbulu başlayır
14-01-2026, 06:14
TRIPP layihəsinin icrasına dair bəyanat qəbul edilib
13-01-2026, 18:20
Prezident Ağdərə sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
13-01-2026, 16:46
İranda hansısa obyektləri vurmaq məsələsi reallaşa bilər - Ekspert
13-01-2026, 12:02
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
13-01-2026, 10:44
ABŞ Rusiya, Çin və digər kreditorları Venesueladan qovacaq
12-01-2026, 21:30
Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir
12-01-2026, 19:16
Ekspert: Ukraynanın mülki obyektlərinə hücumlar müharibənin taleyinə təsir etməyəcək
12-01-2026, 18:15
Bakı və İrəvan arasında bir neçə əsas məsələ həll olunmayıb
12-01-2026, 17:24
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
12-01-2026, 16:03
Bu gün geomaqnit qasırğası gözlənilir
12-01-2026, 15:13
Prezident müşavirə keçirib - (Yenilənib)
12-01-2026, 09:07
ABŞ İrandakı proseslərə müdaxilə etməyə hazırlaşır
11-01-2026, 18:09
QHT əməkdaşı Ağdərədə minaya düşüb
9-01-2026, 13:15
Tramp: ABŞ Qrenlandiya ilə NATO arasında seçim edə bilər
9-01-2026, 09:56
Üç ilə elmi tədqiqatlar indiki formasını itirəcək
9-01-2026, 08:49
Günəşdə partlayış baş verib
9-01-2026, 00:03
Zelenski gələn həftə Trampla görüşə bilər
8-01-2026, 20:48
Maliyyə nazirinə müavin təyin edilib
8-01-2026, 15:17
İranda nə baş verir?
8-01-2026, 10:51
Qrenlandiyanı ələ keçirmək üçün dörd ssenari var - Siyahı
7-01-2026, 17:34
Cəlaloğlu: Azərbaycan Amerikanın hərbi potensialından istifadə edərək daha da güclənə bilər
7-01-2026, 14:24
Professor: Azərbaycan-ABŞ münasibətləri strateji səviyyədədir
7-01-2026, 11:04
Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir
7-01-2026, 10:06
Rusiya müxalifəti Putinə qarşı mübarizədə AŞPA ilə əməkdaşlıq edəcək
6-01-2026, 19:04
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?
6-01-2026, 18:27
Azərbaycan sülhməramlı missiyada iştirakdan imtina etmir
6-01-2026, 15:53
Trampın iddiaları NATO-nu təhlükə ilə üzləşdirib
6-01-2026, 15:27
Rusiya ordusu iki şəhərə doğru irəliləyir
6-01-2026, 13:46
ABŞ Rusiyaya qarşı sanksiyaları bir şərtlə dayandıra bilər
6-01-2026, 11:42
Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
6-01-2026, 10:44
Kəskin respirator infeksiya yayılır - Xəbərdarlıq

ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır