Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib
Tarix: 12-09-2024 12:11 | Bölmə: Slayd
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində verilən şikayətlə bağlı qərar qəbul edib.

Reyting.az
“Report”a istinadla bildirir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Əli Kərimli barəsində xüsusi ittiham qaydasında məhkəməyə edilən müraciət icraata götürülüb.

Məhkəmə 19 sentyabr tarixində davam edəcək.

Qeyd edək ki, Ə. Kərimli barəsində AXCP-nin keçmiş üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. A. Əliyev müraciətində Ə. Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir.

A. Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər