Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh sazişinin 80 faizi hazırdır
Tarix: 17-09-2024 08:34 | Bölmə: Slayd
Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh sazişinin 80 faizi hazırdır

“Azərbaycan və Ermənistan arasında davam edən danışıqlar nəticəsində iki ölkə sərhədlərinin demarkasiyası və digər məsələlərdə müəyyən irəliləyişlər əldə olunub. Biz, iki illik danışıqlar nəticəsində razılığa gələ bildik”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdə olarkən bəyan edib.

Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin 80 faizi hazırdır.

“Ümid edirik ki, biz praktiki tərəqqi əldə edəcəyik”,- Paşinyan qeyd edib.



E. KAMAL




Bölməyə aid digər xəbərlər