Evində maskalı şəxslər tərəfindən bıçaqlanan Vidadi İsgəndərli vəfat edib
Tarix: 01-10-2024 13:57 | Bölmə: Slayd
Evində maskalı şəxslər tərəfindən bıçaqlanan Vidadi İsgəndərli vəfat edib

Fransada evində iki gün əvvəl üç maskalı şəxs tərəfindən bıçaqlanan hüquqşünas Vidadi İsgəndərli bu gün xəstəxanada vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat yayıb.

Onun sözlərinə görə, V. İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 29-da Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Q. Zahid bildirib ki, hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri daxil olub və V. İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}