Vəzifəli şəxs istintaqa cəlb edilib - Foto
Tarix: 24-03-2025 14:21 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxs istintaqa cəlb edilib

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan "QHT İşi" çərçivəsində istintaqa cəlb edilib.

Reyting.az
Gununsesi.info-ya istinadla xəbər verir ki, Günel Səfərova da ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) qrant alan şəxslər siyahısındadır.

Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.


Günel Səfərova

Qeyd edək ki, 2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri vəzifəsində çalışmış Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.

ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.

Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.

O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq